Qaraqan - Həzin Nəğmələr

Qaraqan - Həzin Nəğmələr

20 03:51 320 kbps 8.85 MB
Скачать
Скачать песню Qaraqan - Həzin Nəğmələr в mp3 или слушать онлайн бесплатно
Текст песни
Həzin nəğmələr, sayrışan səma
Əlin əlimdə, dolu bir məna
Ala gözlərin dolu yaş ilə
Həzin nəğmələr, qərib aşiqlər

Həzin nəğmələr, sayrışan səma
Əlin əlimdə, dolu bir məna
Ala gözlərin dolu yaş ilə
Həzin nəğmələr, qərib aşiqlər

Yadındamı, tut ağacın silkələrdik
Meyvələr bəyaz yorğan üzlərinə tökülərdi
Ayaqlarımızı yandırardı qum
Hoppanardıq kölgələrdən kölgələrə

Ata saxlayardı maşını
Yolun kənarında biz qaçardıq bulaq başına
Qoparardıq yaraların qabığın, ana danlayardı
"Ay bala, olmaz yaranı qaşımaq"

Yadındamı, qonşunun üzün görmədən
Vurula bilərdik təkcə onun adına
Küçə itləri gedərdi harasa
Biz də quyruq kimi düşərdik bunların dalına

Yadındamı, mənim yadımdadı
Birinci öpüşün dili dadımdadı, yox, dadı dilimdədi
Xatirələr qarışır bir-birinə
Sanki üst-üstə yazılan filmdəyik

Həzin nəğmələr, sayrışan səma
Əlin əlimdə, dolu bir məna
Ala gözlərin dolu yaş ilə
Həzin nəğmələr, qərib aşiqlər

Həzin mahnılardan gəlir 90-ların ətri
İnsanların əsili, təbii və saf — ürəklər hələ sevə bilir
Elektriçkalar Bakı bağlarının qumunu şəhərə gətirir

İşıqlar sönəndə, yadındamı
Bütün ailəni birləşdirərdi bircə şam
Kiçik avtomobillər, amma böyük ürəklər
Əsl insanlıq dolu yaşam

Yadındamı, yağan qarı biz tuturduq dilimiz ilə
Və bu gəlmirdi qəribə bizə
Kubinkanın bir mərtəbə evləri ilə
Kəsə yol ilə gedirdik qonşumuzgilə

Yadındamı, hamımız necə qardaş idik
Cırılmış köhnə top və iki daş ilə
Evimiz küçələr idi, qaraj idi
Əsl evimizə biz gedirdik ancaq su içməyə

Yadındamı, necə birisi idin
Özün idin, hə, amma bir az dirisi idin
Bir az sevgisi iti, bir az gülüşü azad
Sevirdilər səni — üzün filtersiz idi

Yadındamı, necə birisi idik
Azadlığın dəlisi idik, biz hamımız sanki bir idik
Kimin atasının maaşı nə qədər
Mənasız idi, lazımsız idi və gerisi idi

Həzin nəğmələr, sayrışan səma
Əlin əlimdə, dolu bir məna
Ala gözlərin dolu yaş ilə
Həzin nəğmələr, qərib aşiqlər

Həzin nəğmələr, sayrışan səma
Əlin əlimdə, dolu bir məna

Рекомендуем послушать

Комментарии

Пока нет комментариев